Asteroid gəlir

Asteroid gəlir
  01 Fevral 2013    Oxunub:2710
Asteroid yerə rekord yaxınılıqdan keçəcək.
İki həftədən sonra Yerin yaxınlığından keçəcək asteroid planetimizə olduqca yaxınlaşacaq. Bu barədə asteroidin trayektoriyasını ölçən NASA alimləri məlumat verib. Kosmik cismlə Yer arasındakı maksimum yaxınlıq məsafəsi 17 min kilometrə bərabər olacaq. Yerin müasir tarixində bu vaxtadək belə hadisə qeydə alınmayıb.

2012-ci ilin fevral ayında İspaniyanın La Saqra rəsədxanasının astronomları tərəfindən müəyyən edilən 2012DA14 asteroidi yerə fevralın 15-i saat 24:25-də yaxınlaşacaq.

Məlumata görə asteroid hətta yerin süni peyklərindən də yaxın məsafədən uçacaq. Qeyd edək ki, televiziya siqnallarının yayım peyklərinin yerləşdiyi geostasionar orbitin hündürlüyü dəniz səviyyəsindən 35 min kilometr hündürlükdə yerləşir. Bir sözlə, alimlər sözügedən asteroidin həmin peyklərdən biri ilə toqquşacağını istisna etmirlər.

Asteroidin diametri 45 metr, çəkisi 130 min tona bərabərdir. Yerə düşərsə asteroiddən 4 meqaton trotila partlayışına bərabər enerji yayılacaq.


Teqlər:





Xəbər lenti