Ermənilər Ağdamda dinc sakinləri atəşə tutub - VİDEO
Kənd sakinləri axşam saatlarında atəşkəsin daha çox pozulduğunu deyir. Kəndin ərazisini açıq-aydın müşahidə edən erməni hərbçilər dinc əhalini görən kimi atəşə tutur. Sakinlər dəfələrlə ermənilərin hədəfinə çevrilib. Bu səbəbdəndə əkin işlərini adətən gecə aparırlar.
Atəşkəsin pozulması ilə yaranan çətinliklərə baxmayaraq, Çəmənlidə həyat öz axarındadır. Digər cəbhəyanı bölgələrdə olduğu kimi, burada da soydaşlarımız Ali Baş Komandana və Azərbaycan ordusuna güvənirlər.
Şamxal Cəliloğlu
AzVision.az