Bərdədə ər və arvad faciəvi şəkildə öldü - VİDEO

Bərdədə ər və arvad faciəvi şəkildə öldü - VİDEO
  17 Noyabr 2017    Oxunub:5392
Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, ötən gecə Bərdə şəhərinin Bakı prospektində 31 yaşlı Cəfərov Malik Baloğlan oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə 50 yaşlı Əliyev Zakir Rasim oğlu və onun həyat yoldaşı, 47 yaşlı Əliyeva Zülfiyyə Məhəmməd qızını vurub.

Piyadaların ikisi hadisə yerində ölüb. Sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.



Şamxal Cəliloğlu
AzVision.az


Teqlər: Bərdə   qəza  





Xəbər lenti