Miri Yusif 3 gün konsert verəcək - VİDEO

Miri Yusif 3 gün konsert verəcək - VİDEO
  18 Noyabr 2017    Oxunub:3960
Respublikanın əsas səhnəsi sayılan Heydər Əliyev sarayında konsertə hazırlaşan Miri Yusif bu gün fanatlarını sevindirəcək xəbərlə çıxış edib.
Sevilən sənətçi planlarında dəyişiklik edərək, 2 gün deyil, 3 gün konsert verəcəyini açıqlayıb. Mügənnini ilk baxışdan riskli görünə biləcək bu addımı atmağa 2 günlük konsertə demək olar, biletlərin hamısının satılması vadar edib.

Sənətinə olduğu kimi, "ruh əkizləri" adlandırdığı fanatlarına da böyük hörmətlə yanaşan Miri Yusif hər zaman onlarla ünsiyyətdə olmaqdan zövq aldığını və hər konsertdən sonsuz enerji topladığını durmadan vurğulayır. Sənətçinin sözlərinə görə, o, Miri Yusif musiqisini sevən və onu səhnədə izləmək arzusunda olan hər bir pərəstişkarını konsertdə görmək istəyir. Məhz buna görə də, konserti 8, 9 və 10 dekabr tarixlərində, yəni 3 gün keçirmək qərarına gəlib.

Solo karyerasına başladığı anda olduğu kimi, bu dəfə də SS Production müğənninin əsas dəstəkçisi kimi çıxış etməkdədir.





Teqlər: #Miri-Yusif  





Xəbər lenti