""Qarabağ"la matç mövsümün ən vacib oyunudur – Konte

""Qarabağ"la matç mövsümün ən vacib oyunudur – Konte
  19 Noyabr 2017    Oxunub:3231
“Qələbə qazanacağımız halda biz Çempionlar Liqasında 1/8 finala çıxacağıq. Ona görə də “Qarabağ”la matç indiki mərhələ üçün mövsümün ən vacib oyunu olacaq”.
AzVision.az-ın məlumatına görə, bunu “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

“İndi bizim başqa problemimiz var. “Qarabağ”la oyundan sonra 5-6 saat yol qət edəcəyik və üçüncü günü səhər Londonda olacağıq. Şənbə günü isə “Liverpul”la qarşılaşacağıq. Mən bunu normal hesab etmirəm”, - deyə Konte bildirib.

AzVision.az


Teqlər: Qarabağ   Çelsi   UCL  





Xəbər lenti