Erməni yalanlarını ifşa edən abidə - VİDEO
XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda "Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb.
Tərtər rayon İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, "Marağa-150” abidəsi ətrafında aparılan tikinti-abadlıq işləri başa catıb. Abidənin ətrafı təmir edilib, əraziyə hasar çəkilib,
işıqlandırma sistemi ilə təmin olunub.
Abidənin ətrafında quraşdırılmış stendlərdə ermənilərin buraya köçürülmələrini sübut edən müxtəlif dillərdə yazılmış arxiv sənədləri və fotoşəkillər öz əksini tapıb.
Qeyd edək ki, tarixçilər erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidənin mühüm siyasi əhəmiyyətə malik olduğunu bildirilər.
Şamxal Cəliloğlu
AzVision.az