“Qarabağ” – “Çelsi” matçını portuqaliyalı hakimlər idarə edəcək

“Qarabağ” – “Çelsi” matçını portuqaliyalı hakimlər idarə edəcək
  20 Noyabr 2017    Oxunub:4239
Futbol üzrə UEFA Çempionlar Liqasının “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandasının V turun oyunları çərçivəsində İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək oyunu portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Noyabrın 22-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüşün baş hakimi Manuel De Souza olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Nuno Pereyra yerinə yetirəcək. Əlavə hakimlər Fabio Verissimo və Luis Migel Branko Qodinyo olacaq.

AzVision.az


Teqlər: QarabağFK   UCL   Çelsi  





Xəbər lenti