Cocuq Mərcanlıya ikinci köç: Siyahı hazırlanır (VİDEO)
Uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılması nəzərdə tutulub. Bunun üçün kənd ərazisində təhlükəsiz yerdən torpaq sahələri ayrılıb.
Kəndə yaşayan ailələrə əkin-biçinlə məşğul olmaqla yanaçı, heyvandarlığın inkişaf etdirilməsi üçün dövlət tərəfindən dəstək veriləcək. Artıq qəsəbədə əkin sahələrinin suvarılması üçün nasos stansiyası tikilib. Bu stansiyadan Füzulinin cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yaşayan sakinlər də istifadə edəcəklər.
Kənd təsərrüfatında istifadə olunacaq torpaq sahələrindən nümunələr götürülərək laboratoriyalara göndərilib. Qəsəbədə istehsal olunacaq məhsullar Cocuq Mərcanlı adı ilə dünyaya ixrac olunacaq.
Şamxal Cəliloğlu
AzVision.az
Teqlər: Cocuq-Mərcanlı