Olimpiya Stadionu azarkeşlərə müraciət etdi

Olimpiya Stadionu azarkeşlərə müraciət etdi
  21 Noyabr 2017    Oxunub:2120
Bakı Olimpiya Stadionu UEFA Çempionlar Liqası çərçivəsində noyabrın 22-də keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu üçün stadiona gəliş-gediş sxemini təqdim edib.
AzVision.az-ın məlumatına görə, stadion rəhbərliyi azarkeşlərdən xahiş edir ki, stadiona gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə Bakı Nəqliyyat Agentliyi tərəfindən təqdim olunan avtobuslara və İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən və "Koroğlu" m/s üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə etmək lazımdır.

Qeyd olunub ki, Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.

AzVision.az


Teqlər: Bakı-Olimpiya-Stadionu   UEFA  





Xəbər lenti