"Beşiktaş" ÇL-nin 1/8 finalına çıxdı - Tarixində ilk dəfə

"Beşiktaş" ÇL-nin 1/8 finalına çıxdı - Tarixində ilk dəfə
  22 Noyabr 2017    Oxunub:1681
İstanbulun "Beşiktaş" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının səkkizdəbir finalına yüksəlib.
AzVision.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində keçirdiyi beşinci matçda doğma meydanda "Portu" ilə 1:1 hesabı ilə heç-heçə edən istanbullular xallarının sayını 11-ə çatdıraraq "G" qrupunda liderliklərini rəsmiləşdiriblər.

Matçın 29-cu dəqiqəsində "Portu" Felipenin qolu ilə hesabda irəli çıxıb. Lakin ilk hissənin sonuna yaxın "Beşiktaş"ın heyətində Taliska hesabı bərabərləşdirib - 1:1.

Beləliklə, qrupda üç qələbə və iki heç-heçə edən "Beşiktaş" UEFA Çempionlar Liqasında öz qrupunda lider olan ilk türk klubu adını qazanıb.

AzVision.az


Teqlər: Beşiktaş   UCL  





Xəbər lenti