Səfirdən “Qarabağ”ın oyunu ilə bağlı maraqlı paylaşım - FOTO

Səfirdən “Qarabağ”ın oyunu ilə bağlı maraqlı paylaşım - FOTO
  22 Noyabr 2017    Oxunub:6009
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdən birində bu gün baş tutacaq “Qarabağ” - “Çelsi” oyunu ilə bağlı maraqlı paylaşıb edib.
AzVision.az xəbər verir ki, paylaşılan fotoda Karol Krofts üzərində “Qarabağ” və “Çelsi”nin logolarının əks olunduğu şərf taxıb. Səfirinin adından postda, həmçinin “niyə də yox” qeydi paylaşılıb.

Qeyd edək ki, bu gün “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində sonuncu ev oyununa çıxacaq. Təmsilçimiz öz meydanında “Çelsi”ni qəbul edəcək. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək və oyuna satılan bütün biletlər matça bir neçə gün qalmış satılıb.

Xatırladaq ki, “Qarabağ” ilk matçda İngiltərə çempionuna 6:0 hesab ilə uduzub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Britaniya   Səfir  





Xəbər lenti