Merkel erası bitir? - Aleksandr Rar şərh edir (EKSKLÜZİV)
Məşhur almaniyalı politoloq Aleksandr Rar AzVision.az-a eksklüziv açıqlamasında bildirib ki, Almaniyada siyasi böhranın nə vaxt bitəcəyini dəqiqliklə demək olmaz, lakin almanlar əvvəlki kimi böhrandan asılı olmayaraq yaxşı yaşayırlar.
“Bəli, hazırda Almaniyada siyasi böhran var, lakin bu, nə iqtisadi, nə də dövlət böhranıdır. Böhran yalnız ölkə rəhbərliyini əhatə edir. Ölkə rəhbərliyi yenidən formalaşmalıdır. Köhnə koalisiya artıq fəaliyyət göstərmir və hazırda bundan sonra necə olacağını düşünmək lazımdır. Dörd partiya “Yamayka” (tərəfdaş partiyaların rənginə görə) adlı hökumətin yaradılmasına nail ola bilmədilər”, - deyə politoloq bildirib.
Rarın sözlərinə görə, Almaniyanın hazırda iki çıxış yolu var – yeni seçkilər, lakin bu halda nəticələr sentyabrdakı kimi olacaq, yəni hökumət yaratmaq çətin olacaq: “Və ikinci çıxış yolu – xanım Merkel azlıq hökuməti yaratmağa cəhd edəcək. Lakin bu halda bütün tərəflər bir-birini tanıdığı üçün ayrı-ayrı partiyalar əsas məsələlərdə xanım Merkelə dəstəyə dair zəmanət verə bilərlər. Bu məsələ müzakirəyə çıxarılsa da, bütün bunların nə ilə nəticələnəcəyini demək çox çətindir”.
Eldar Tanrıverdiyev
Nina Vaxotina
AzVision.az