“Qarabağ”a 1 qırmızı kart, 2 penalti - Yenilənib (VİDEO)

“Qarabağ”a 1 qırmızı kart, 2 penalti - Yenilənib (VİDEO)
  23 Noyabr 2017    Oxunub:12748
UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandası Bakı Olimpiya Stadionunda Londonun “Çelsi” klubu ilə qarşılaşıb.
Görüşdə hesab matçın 19-cu dəqiqəsində açılıb. Hakim “Çelsi”nin hücumçusu Villiana qarşı kobud oyuna görə kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərib.



“Qarabağ”ın qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini Eden Hazard dəqiq yerinə yetirib.

Təmsilçimiz qapısında daha bir qol görüb. Matçın 36-cı dəqiqəsində Hazardın ötürməsindən sonra Villian dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb.

Oyunun ilk hissəsi qonaqların 0:2 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissədə "Qarabağ"ın qapısına daha bir penalti təyin olunub: 0:3.

Qarşılaşmanın 85-ci dəqiqəsində Villian oyunda hesabı artırıb. Oyun qonaqların 0:4 hesablı qələbəsi ilə yekunlaşıb.

***

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün Bakıda keçiriləcək “Qarabağ” - "Çelsi" oyununun heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Qarabağ”:

13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular:

1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

“Çelsi”:

13. Tibo Kurtua, 2. Anton Rüdiger, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodrigez, 21. Davide Zappakosta, 22. Villian, 28. Sezar Azpilikueta, 30. David Luiz

Ehtiyat oyunçular:

1. Villi Kabalyero, 6. Danni Drinkvoter, 9. Alvaro Morata, 14. Timo Bokoyako, 24. Qari Keyxil, 27. Andersen Kristensen, 66. Düjon Sterlinq

AzVision.az


Teqlər: QarabağFK   Çelsi   UCL  





Xəbər lenti