“Qarabağ”ın özünəməxsus oyun tərzi var - Antonio Konte

  23 Noyabr 2017    Oxunub : 382
“Qarabağ”ın özünəməxsus oyun tərzi var - Antonio Konte

"Mənim üçün ilk hissədəki epizodun düzgün qərar olmasını söyləmək çətindir. Düşünürəm ki, hakimin qərarıdır və o öz işini görür"

Bu sözləri UEFA Çempionlar Liqasının beşinci turu çərçivəsində "Qarabağ"la səfərdə qarşılaşan "Çelsi klubunun baş məşqçisi Antonio Konte oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Bu gün növbəti mərhələyə vəsiqəni təmin etməyimizə çox sevinirəm. Komandamın oyunundan razı qaldım. Futbolçuların belə atmosferada oynamağı və azarkeşlərin daima komandaya dəstək olması sevindirici haldır”,- deyə baş məşqçisi bildirib.

Konte deyib ki, “Qarabağ”ın özünəməxsus oyun tərzi var. Hətta azlıqda qalmalarına baxmayaraq, yaxşı mübarizə apardılar.

AzVision.az

Teqlər: Çelsi   Konte   UCL   QarabağFK