Məşhur futbolçuya 9 il həbs cəzası verildi

Məşhur futbolçuya 9 il həbs cəzası verildi
  24 Noyabr 2017    Oxunub:4074
Bir vaxtlar dünyanın ən məşhur futbolçularından olan braziliyalı Robinyonun həbsinə qərar verilib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Robinyo 9 il öncə “Milan”ın formasını daşıdığı zamanı albaniyalı qıza təcavüz etməkdə ittiham olunub.
Məlumata görə, qıza təcavüz edən 6 nəfərdən biri Robinyo olub.

Hazırda “Atletiko Mineyro”da oynayan fotbolçu barəsində məhkəmə 9 il həbs qərarı çıxarıb.

Qeyd edək ki, Robinyo “Mançester Siti”də oynadığı zaman da adı təcavüz olayında hallanıb.

AzVision.az


Teqlər: Robinyo   Təcavüz   Həbs  





Xəbər lenti