Cocuq Mərcanlıda mini-turnir keçiriləcək

Cocuq Mərcanlıda mini-turnir keçiriləcək
  24 Noyabr 2017    Oxunub:1635
AFFA-nın irəli sürdüyü layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Brave Hearts” ("Cəsur ürəklər") adlı layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək.

Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.

Layihənin tətbiqinə başlanacaq vaxt barədə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: AFFA   Cocuq-Mərcanlı  





Xəbər lenti