Messi “Barselona” ilə yeni müqavilə imzaladı

Messi “Barselona” ilə yeni müqavilə imzaladı
  25 Noyabr 2017    Oxunub:1778
Argentinalı hücumçu Lionel Messi İspaniyanın “Barselona” klubu ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytında məlumat verilib. Bildirilib ki, razılıq 2021-ci ilə qədər qüvvədə olacaq. Yeni müqaviləyə əsasən, Messini transfer etmək istəyən klub “Barselona”ya 700 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən Barselonada çıxış edir. Komanda ilə birlikdə o, beş dəfə İspaniya Kubokunu qazanıb, səkkiz dəfə İspaniya çempionatının və dörd dəfə Çempionlar Liqasının qalibi olub.

AzVision.az


Teqlər: Messi   Barselona  





Xəbər lenti