AZAL "Xəzər Lənkəran"a qarşı oynayacaq

AZAL "Xəzər Lənkəran"a qarşı oynayacaq
  22 Sentyabr 2013    Oxunub:1202
Bu gün Topaz Premyer Liqada 7-ci tura yekun vurulacaq.
Son oyun günündə bir qarşılaşma baş tutacaq.
"AZAL Arena"da yerli AZAL klubu "Xəzər Lənkəran"la üz-üzə gələcək. Vaqif Sadıqovun komandası bu görüşdə qələbə qazanmaqla turnir cədvəlində liderliyə yüksələ bilər.

Lakin "Xəzər Lənkəran"ın da Bakıya ən azı bir xal üçün gəlməsi AZAL-ın işini çətinə salacaq. Bu baxımdan matçın gərgin keçəcəyini söyləmək olar.

19:00. AZAL – “Xəzər Lənkəran”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Elman Musayev, Elvin Əsgərov
“AZAL Arena” stadionu.

AzVision.az


Teqlər:





Xəbər lenti