Qapıçıya telefon atan azarkeş həbs olunub

Qapıçıya telefon atan azarkeş həbs olunub
  30 Noyabr 2017    Oxunub:1971
Türkiyənin “Fənərbaxça” futbol klubunun qapıçısı Volkan Dəmirələ mobil telefon atan azarkeş həbs olunub.
AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, azarkeş Əliəsgər Vuran “qəsdən yaralama” və “idman obyektlərində qadağan olunmuş vasitə saxlama” maddələri ilə ittiham olunaraq 5 ay 25 gün müddətinə həbs olunub. Bundan başqa azarkeşin 1 il müddətinə idman obyektlərinə girişi qadağan olunub.

Qeyd edək ki, xoşagəlməz olay “Qalatasaray” və “Fənərbaxça” futbol klubları arasında baş tutan sonuncu derbidə qeydə alınıb.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Qalatasaray   Fənərbaxça   Türkiyə  





Xəbər lenti