"Neftçi"dən danışılmış oyunlarla bağlı bəyanat

"Neftçi"dən danışılmış oyunlarla bağlı bəyanat
  30 Noyabr 2017    Oxunub:1950
Son günlər Kütləvi İnformasiya Vasitələrində klubumuzun ictimai nüfuzuna xələl gətirən və heç bir həqiqətə uyğun olmayan məlumatlar yayılır. Komandamızın oyununun və nəticələrinin yaxşılaşdığı bir vaxtda bu cür qərəzli xəbərlərlə “Neftçi”nin gündəmə gətirilməsi bizi növbəti dəfə mövqeyimizi ortaya qoymaga məcbur etdi.
AzVision.az-n məlumatına görə, klubun bəyanatında deyilir ki, “Neftçi” həm klub daxilində, həm də azarkeşlərlə münasibətlərdə son illərin ən yaxşı dövrünü yaşayır - əsl komanda olaraq birləşib, bütövləşib vahid məqsəd uğrunda mübarizə aparır. Belə ki, istər klub rəhbərliyi və baş məşqçi, istərsə də futbolçular arasında birlik yaranıb. Belə bir məqamda klubdaxili atmosferi pozmağa və “Neftçi”nin adının ləkələnməsinə yönələn bu xəbərləri qətiyyətlə pisləyirik.

““Neftçi” PFK rəsmən bəyan edir ki, futbolumuzda çirkin oyunlarla məşğul olan hər bir kəsin layiqli cəzasını almasının tərəfdarıdır və bu yöndə hüquq-mühafizə orqanlarının apardığı işləri dəstəkləyirik. Bildiririk ki, “Neftçi”nin adını çirkin oyunlarda hallandıranlara qarşı ölkə qanunvericiliyinə uyğun şəkildə hərəkət ediləcək. KİV-dən bu məsələlərdə xüsusən diqqətli olmağı və ölkəmizin ən köklü futbol klubunun adına hörmətlə yanaşmağı xahiş edirik. Dəyərli azarkeşlərimizə isə uğurlarımıza kölgə salmaq istəyən qüvvələrin yaydığı əsassız məlumatlara inanmamağı tövsiyə edirik”.

AzVision.az




Teqlər: Neftçi  





Xəbər lenti