Məmmədyarov Azərbaycan tarixində ilkə imza atdı

Məmmədyarov Azərbaycan tarixində ilkə imza atdı
  30 Noyabr 2017    Oxunub:2220
FIDE dünya şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb.
AzVision.az-ın məlumatına görə, kişi şahmatçıların siyahısında həmyerlimiz Şəhriyar Məmmədyarov ölkə tarixində ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb.

Şahmatçımız 2799 xalla yalnız Maqnus Karlsen (Norveç, 2837) və Levon Aronyandan (Ermənistan, 2805) geri qalır.

Digər şahmatçılarımız Teymur Rəcəbov 17-ci (2748), Rauf Məmmədov 40-cı (2709), Arkadi Naydiç isə 43-cü (2705) pillədə yer alıb.

AzVision.az


Teqlər: Şahmat   Şəhriyar-Məmmədyarov  





Xəbər lenti