Ərəblər Azərbaycanın neft sənayesinə maraq göstərir
Xalid Əbdüləziz əl Falih OPEC və kartelə daxil olmayan ölkələrin əməkdaşlığının ardıcıl nailiyyətlərlə müşayiət olunduğunu deyərək neftin qiymətinin sabitləşməsi istiqamətində müsbət meylləri birgə fəaliyyətin bəhrələri kimi qiymətləndirib. O, Azərbaycanın bu prosesə davamlı dəstəyinin və öhdəliyə əməl etməsinin ümumi məqsəd naminə vacibliyini qeyd edib. Görüşdə neftin dünya enerji balansında mövqeyinə də toxunulub. Bildirilib ki, enerji sektorunda yeni tendensiyaların güclənməsinə baxmayaraq, neft yanacaq növü kimi hələ uzun müddət aktuallığını saxlayacaq.
Müzakirələr Azərbaycanla Səudiyyə Ərəbistanı arasında enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini də əhatə edib. Səudiyyə Ərəbistanının Azərbaycanın neft-kimya və neft emalı sənayesinə maraq göstərdiyi qeyd edilib və bu istiqamətdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
AzVision.az
Teqlər: Azərbaycan Səudiyyə Neft