“Qarabağ”ın gəncləri “Roma” ilə bacarmadı

“Qarabağ”ın gəncləri “Roma” ilə bacarmadı
  05 Dekabr 2017    Oxunub:1558
Bu gün UEFA Gənclər Liqasında qrup mərhələsinin sonuncu turunda “Qarabağ” komandası növbəti oyununu keçirib.
Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 komandası “Tre Fontane” stadionunda “Roma”nın qonağı olub.

Matçın 19-cu dəqiqəsində “Roma”nın heyətində Zakaria Sdaiqui hesabı açıb. Qarşılaşmanın 36-cı dəqiqəsində Vicente Besuijen ikinci topu “Qarabağ”ın qapısından keçirib. Fasiləyə meydan sahibləri 2:0 hesablı üstünlüklə yollanıblar.

Görüşün ikinci hissəsində “Qarabağ” qapısında üçüncü topu görüb. Oyunun 81-ci dəqiqəsində Ludoviko Dorazio fərqlənib. Beləliklə, matç “Roma”nın 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

AzVision.az


Teqlər: QarabağFK   UCL   Roma  





Xəbər lenti