AFFA-dan danışılmış oyunlara görə növbəti ömürlük cəza

AFFA-dan danışılmış oyunlara görə növbəti ömürlük cəza
  06 Dekabr 2017    Oxunub:1476
AFFA danışılmış oyunlara görə daha bir şəxsi futbolla bağlı fəaliyyətdən ömürlük uzaqlaşdırıb.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “İnter” Peşəkar İdman Klubunun (hazırkı “Keşlə” klubu) və “Neftçi” Peşəkar Futbol Klubunun sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə “Neftçi” PFK-nın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və Ağakişi Mehdizadənin AFFA-ya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilməsinə qərar verilib.

Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti