Şehiç Çempionlar Liqasında birinci oldu

Şehiç Çempionlar Liqasında birinci oldu
  07 Dekabr 2017    Oxunub:4418
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşılarının adı açıqlanıb.
AzVision.az-ın məlumatına görə, ölkəmizi bu mötəbər turnirdə təmsil edən "Qarabağ"ın qapıçısı ən yaxşılardan biri olub.

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç seyv sayına görə ilk yeri tutub.

Belə ki, qolkiper 35 qurtarış edib. Bu siyahıda 32 seyv edən "Maribor"un qapıçısı Yasmin Handanoviç ikinci, Rusiyanın MOİK klubunun qolkiperi İqor Akinfeyev isə 29 seyvlə üçüncü olub.

Qeyd edək ki, İ.Şehiç 2013-cü ildən "Qarabağ"ın şərəfini qoruyur.


Teqlər: "Qarabağ"   İbrahim-Şehiç  





Xəbər lenti