“Qarabağ” bu il sonuncu oyuna çıxır

“Qarabağ” bu il sonuncu oyuna çıxır
  08 Dekabr 2017    Oxunub:1507
Bu gün Topaz Premyer Liqasında 2017-ci ilin son oyunu keçiriləcək.
AzVision.az xəbər verir ki, IV turdan təxirə salınmış oyunda “Səbail” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

Qurban Qurbanovun yetirmələri qələbə qazansa, ən yaxın izləyicisi “Qəbələ”dən 6 xal öndə olacaq. Saat 19:00-da start götürəcək oyun Bayıl Arenada keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasında keçirilən birinci oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə tamamlanıb.

AzVision.az


Teqlər: "Qarabağ"   "Səbail"  





Xəbər lenti