Ölkəmizdə "Formula-1" azarkeşlərinin sayı artıb

Ölkəmizdə "Formula-1" azarkeşlərinin sayı artıb
  10 Dekabr 2017    Oxunub:1511
2017-ci ildə "Formula-1" Grand Prix tamaşaçılarının sayı orta hesabla 8 faiz çoxalıb.
"Formula-1"-in rəsmi saytında yer alan məlumata görə, ümumi tamaşaçı sayı 4 milyon nəfəri keçib. Nisbi rəqəmlərdə ən yüksək göstəricilərə nail olan ölkə isə Azərbaycan olub. Belə ki, Azərbaycanda ötənilki mövsümlə ilə müqayisədə yarışlara gələn tamaşaçı sayı iki dəfə artıb.

Ən populyar Kanada və Avstriyanın Grand Prix -i olub. 2016-cı illə müqaisədə onlar 60000-dən çox tamaşaçı toplayıb.

Beş ölkədə, Grand Prix yarışlarında maraqğın azalması qeydə alınıb: ABŞ-da yarışlara gələn tamaşaçıların sayı ötən mövsümlə müqayisədə 11889 nəfər azalıb . Faiz nisbətində ən çox azalma Yaponiyada olub - 5,84%.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Teqlər: Formula-1  





Xəbər lenti