`Azərbaycan-türk futbol məktəbi` açıldı

`Azərbaycan-türk futbol məktəbi` açıldı
  24 Sentyabr 2013    Oxunub:3492
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Kikboksinq Federasiyası və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycan-türk futbol məktəbi” açıldı.
Nərimanov rayonu ərazisində yerləşən məktəbin açılışında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Türkiyənin məşhur məşqçiləri Yılmaz Vural, Güvənc Kurtar, türkiyəli məşhur güləşçilər Ahmet Taşçı və Kadir Birlik iştirak edib.
Məktəbin açılışını bildirən rəmzi lent kəsildi.
“Azərbaycan-türk futbol məktəbi”ndə 5-17 yaş arası idmançılar türkiyəli məşqçilərin başçılığı ilə futbolun sirlərinə yiyələnəcək.


Teqlər:





Xəbər lenti