Qurban Qurbanov milli üçün ilk rəqibi seçdi

Qurban Qurbanov milli üçün ilk rəqibi seçdi
  11 Dekabr 2017    Oxunub:1586
Milli komandamızın yoldaşlıq oyunu keçirəcəyi rəqibi müəyyələşib.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız 2018-ci il fevralın 2-də Gürcüstanla qarşılaşacaq. Oyun Türkiyənin Antalya şəhərində təşkil olunacaq.

Qeyd edək ki, bu, Q.Qurbanovun millinin baş məşqçisi vəzifəsində ilk oyunu olacaq.



AzVision.az


Teqlər: Yığma   Futbol   Azərbaycan   Gürcüstan  





Xəbər lenti