“Neftçi” yarımfinala vəsiqə qazandı

“Neftçi” yarımfinala vəsiqə qazandı
  15 Dekabr 2017    Oxunub:2343
Futbol üzrə Azərbaycan kubokunda daha bir yarımfinalçı müəyyənləşib.
“Bakcell Arena”da “Zirə” ilə üz-üzə gələn “Neftçi” dörddəbir finaldakı rəqibini mübarizədən kənarlaşdırıb.

“Zirə” ilə səfər oyununda qapısından bir cavabsız qol buraxaraq məğlub olan “Neftçi” cavab görüşündə rəqibindən 2:0 hesabı ilə üstün olaraq iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, aprelin 11-də və 18-də keçiriləcək yarımfinal mərhələsində paytaxt təmsilçisi “Qəbələ” – “Səbail” oyununun qalibi ilə qarşılaşacaq.

AzVision.az


Teqlər: Kubok   Neftçi  





Xəbər lenti