Dilarə Kazımova "Kəklikotu"nun saundtrekinə klip çəkdirib - VİDEO

Dilarə Kazımova "Kəklikotu"nun saundtrekinə klip çəkdirib - VİDEO
  15 Dekabr 2017    Oxunub:4778
"Cinemazadeh" studiyasının istehsalı olan və bir çox məşhurların yer aldığı “Kəklikotu” filmi dekabrın 21-də “CinemaPlus” kinoteatrlar şəbəkəsində tamaşaçılara təqdim ediləcək.
AzVision.az xəbər verir ki, məlumatına görə, filmin soundtracki isə 2014-cü ildə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən, tanınmış müğənni Dilarə Kazımovaya həvalə olunub.

Son zamanlarda yaradıcılığında Azərbaycan dilində mahnılara yer verən müğənninin yeni ifasının adı “Dəm” adlanır. Qədim meyxana janrında olan “Dəm” mahnısını D.Kazımova özünəməxsus şəkildə ifa edib, ona tam yeni ab-hava gətirib. Mahnının aranjemanı Rüstəm Zeynallı və Aynur Axundzadəyə məxsusdur. Sözügedən mahnıya rejissor Elrəng tərəfindən klip çəkilib.

Qeyd edək ki, dekabrın 21-i nümayişinə başlanılacaq filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir.

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Oksana Rəsulova, Kamran Həsənli, ABD Malik, Dilarə Kazımova, Şəhriyar Əbilov, Samirə Əfəndiyeva, Xalq artisti Faiq Ağayev və digər tanınmışlar rol alıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: CinemaPlus  





Xəbər lenti