Beynəlxalq turnirdə ilk günün qalibləri məlum oldu

Beynəlxalq turnirdə ilk günün qalibləri məlum oldu
  17 Dekabr 2017    Oxunub:1644
Şəmkir Olimpiya İdman Kompleksində keçirilən və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən beynəlxalq cüdo turnirində ilk günün qalibləri məlum olub.
Qaliblərə Azərbaycan Cüdo Federasiyası, Şəmkir şəhər gənclər və idman baş idarəsinin diplom və medalları təqdim olunub.

Turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı, Gürcüstanın Tbilisi, Kutaisi şəhərlərinin, eləcə də Türkiyənin və Latviyanın yeniyetmə cüdoçuları da mübarizə aparırlar.

Beynəlxalq turnirdə 32 komandanın heyətində 347 cüdoçu medallar uğrunda yarışır.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti