"Qalatasaray" baş məşqçisini qovdu

"Qalatasaray" baş məşqçisini qovdu
  18 Dekabr 2017    Oxunub:2174
Türkiyənin "Qalatasaray" futbol klubu baş məşqçisi İqor Tudoru istefaya göndərib.
AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

"Qalatasaray" 10 ay ərzində komandanın baş məşqçisi olan Tüdora 400 min avro təzminat ödəyəcək.

Məlumata görə, baş məşqçi postuna Fateh Terim, ya da xarici mütəxəssis gətiriləcək.

Qeyd edək ki, "Qalatasaray" Super Liqanın XVI turunda səfərdə "Yeni Malatyaspor"a 1:2 hesabı ilə uduzaraq liderliyi əldən verib. Hazırda "sarı-qırmızılar" 33 xalla 1-ci pillədə olan "Başakşehir"dən 1 xal geri qalır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Qalatasaray  





Xəbər lenti