Sumqayıtda 2 stadion tikiləcək
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təyinatlar təsdiq olunsun:
- U-21 və U-20 – Rəşad Sadıqov
- U-19 – Vüqar Məmməd
- U-18 – Zaur Həşimov
- U-17 – Ramin Quliyev
2. FIFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində 2 ədəd, Bakı Olimpiya Stadionunun ərazisində 1 ədəd təbii ot örtüklü standart ölçülü meydan salınsın.
3. Nailə Rüstəm-zadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunsun.
İclasda, həmçinin “Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları” və “Region Liqası” turniri ilə bağlı xüsusi tqdimatın müşayiəti ilə məlumat verilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


