Bayıl Məşq Mərkəzinin açılışı olub

Bayıl Məşq Mərkəzinin açılışı olub
  20 Dekabr 2017    Oxunub:1548
AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvlərinin iştirakı ilə Bayıl Məşq Mərkəzinin açılış mərasimi olub.
AzVision.az xəbər verir ki, Rövnəq Abdullayev İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev və İsgəndər Cavadov ilə birgə rəmzi qırmızı lenti kəsdikdən sonra məşq mərkəzinə baxış keçiriblər.

AFFA rəhbərliyi mərkəzdə futbolçular üçün yaradılmış şəraitlə tanış olub, fitnes zalına baxıb. Mərkəzdəki 16 otaqda eyni zamanda 36 futbolçu və məşqçi yerləşdirilə bilər. Otaqların ölçüsünə müvafiq olaraq çarpayıların sayını 42-yə çatdırmaq mümkündür. Hər cür şəraitin yaradıldığı otaqlarda camaşırxana və kafe də fəaliyyət göstərəcək.

AFFA ilə qarşılıqlı razılıq əsasında Bayıl Məşq Mərkəzindən həm yığma komandalar, həm də “Səbail” klubu yararlana biləcək.

Qeyd edək ki, Mərkəzin inşası üçün maliyyə vəsaiti AFFA-nın müraciətinə əsasən UEFA tərəfindən ayrılıb.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti