Gəncədə bağlanış mərasimi keçirildi

Gəncədə bağlanış mərasimi keçirildi
  22 Dekabr 2017    Oxunub:1891
“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsinin bağlanış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoliy Qennadiyeviç İksanov və şəhər ictimaiyyəti iştirak edib.



Elmar Vəliyev bu ilin Gəncə şəhəri üçün çox əlamətdar illərdən olduğunu bildirib. O, Gəncənin MDB-nin mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin il ərzində şəhərin çox böyük inkişaf yolu keçdiyini də vurğulayıb. İcra başçısı ölkə rəhbərliyinin daim Gəncə və gəncəlilərə olan diqqət və qayğısı nəticəsində bu işlərin ərsəyə gəldiyini qeyd edib. Polad Bülbüloğlu tədbirdə çıxış edərək Gəncənin hər zaman mədəni şəhər olduğunu bildirib, MDB ölkələrində keçiriləcək tədbirlərdə Gəncənin hər zaman fəal iştirak edəcəyini qeyd edib.



MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoliy Qennadiyeviç İksanov "Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017” layihəsi çərçivəsi zamanında Gəncə şəhərinin yüksək templə inkişaf etdiyini qeyd edib. Anatoliy İksanov yüksək təşkilatçılığa və "Gəncə-Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017" layihəsini həyata keçirdiyi üçün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə "Təşəkkürnamə" təqdim edib. Rəsmi hissədən sonra "Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017" layihəsinin bağlanış mərasiminə həsr olunan konsert proqramı olub.

AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti