“80 yaşa qədər ölkəmin əsgəri olacağam” – Buffon

“80 yaşa qədər ölkəmin əsgəri olacağam” – Buffon
  23 Dekabr 2017    Oxunub:2893
İtaliyanın “Yuventus” klubunun əfsanəvi qapıçısı Canluici Buffon bəyan edib ki, 80 yaşına qədər klubda oynağa hazırdır.

AzVision.az xəbər verir ki, bu barəəd “Der Spiegel” nəşri məlumat yayıb.
“Düzü, mən karyeramı bitirmək barədə suallara necə cavab verəcəyimi bilmirəm. Mən özümü klub və ölkəmin xidmətində olan əsgər kimi hiss edirəm. Böyük ehtimalla karyeramı bitirəcəyəm. Lakin 80 yaşımda belə, əgər birdən klubda digər qapıçılar olmasa, onlar sadəcə mənə zəng etsinlər. Mən cəld məşq edib, meydana çıxacağam”.

Qeyd edək ki, noyabrın 14-də futbol üzrə İtaliya yığması pley-off qarşılaşmalarında İsveçə məğlub olaraq, (0:1, 0:0) DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmayıb.

İsveçlə keçirilən cavab qarşılaşmasından sonra İtaliyanın qapıçısı Canluici Buffon yığma karyerasını bitirdiyini deyib. O, məğlubiyyətə görə tərəfdarlarından üzr istəyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Buffon  





Xəbər lenti