Azad Rəhimov 2017-ci ilin hesabatını verdi

Azad Rəhimov 2017-ci ilin hesabatını verdi
  25 Dekabr 2017    Oxunub:4389
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2017-ci ildə İdman sahəsində görülmüş işlərin yekunları barədə məlumat verib.
AzVision.az-ın məlumatına görə, nazir bu gün keçirilən mətbuat konfransında bildirib ki, bu il ölkədə 219 respublika yarışı, 55 beynəlxalq yarış keçirilib, 234 beynəlxalq yarışda ölkə yığma komandaların iştirakı təmin olunub.

2017-ci il ərzində dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında idmançılarımız 347 qızıl, 236 gümüş və 268 bürünc medal (cəmi 851 medal) qazanıblar.

2017-сi il ərzində ayrı-ayrı idman növləri üzrə 92 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. O cümlədən, 7 nəfər ali, 84 nəfər birinci, 1 nəfər ikinci kateqoriya alıb.

Bundan başqa 12 nəfərə “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”, 12 nəfərə “Respublika Dərəcəli Hakim”, 41 nəfərə “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi”, 23 nəfərə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adı verilib, 61 nəfər isə idman ustası normasını yerinə yetirib.

Nazir deyib ki, 2017 - 2020 – ci illər üçün Azərbaycanın Vahid İdman Təsnifatı, idmançılarımızın XXXII Yay Olimpiya Oyunlarına Hazirlıq Konsepsiyasının lahiyəsi hazırlanıb.

2018-ci il üçün idman növləri üzrə yığma komandaların idmançı və məşqçi heyətinin siyahıları tərtib olunub.

2017-ci ildə gənclər sahəsində ümumilikdə 141 tədbir keçirilib, onlardan 123 -ü yerli, 18-i isə beynəlxalq səviyyəli olub. Gənclər təşkilatlarının 109 layihəsi maliyyələşib, 261 nəfər xarici ölkələrə ezam olunub, 2334 nəfər isə Azərbaycan Respublikasında qəbul edilib.

Ölkədə Gənclər Evinin sayı 40-a çatıb, onlardan 14-ü Gənclər və İdman Nazirliyinin tabeliyindədir.

Şirvan şəhərində Gənclər evinin, Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi başa çatdırılmış və bu obyektlər istifadəyə verilib. Lənkəran rayonunda Olimpiya İdman Kompleksinin yenidən qurulması işləri davam etdirilib.

Tikintisinə başlanmış və inşası davam edən obyektlər:

1. Qala qəsəbəsində və Yardımlı rayonunda İdman Kompleksləri,

2. Tərtər, Neftçala və Goranboy rayonlarında Olimpiya İdman Kompleksləri,

3. Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyinin

4. Şəki şəhərində, Quba, Bərdə və Şamaxı rayonlarında Gənclər evləri,

5. Buzovna, Türkan, Qobustan, Qaraçuxur və Bülbülə qəsəbələrində idman zalları.


Aytən Zəhra
AzVision.az


Teqlər: Azad-Rəhimov   Hesabat   Yarış  





Xəbər lenti