Millimiz Dubayda qələbə qazanıb

  26 Dekabr 2017    Oxunub : 655
Millimiz Dubayda qələbə qazanıb
Dubayda təlim-məşq toplanışını davam etdirən futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığma komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.
AzVision.az AFFA-ya istinadla xəbər verir ki, millimizin 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda qolları Nigar Mirzəliyeva, Melis Ersoy, Alina Nəhmədova və Aslan Beyzanur vurublar.

Qeyd edək ki, yığmamız Birləşmiş Ərəb Əmirlikləri millisi ilə keçirdiyi əvvəlki yoldaşlıq oyunlarında 2:0 və 3:0 hesablı qələbə qazanıb.

AzVision.az

Teqlər: AFFA   Milli   Dubay   Qələbə