Azərbaycanda Hind film festivalı keçiriləcək

Azərbaycanda Hind film festivalı keçiriləcək
  27 Dekabr 2017    Oxunub:2420
Gələn ilin ilk 3 ayı ərzində Azərbaycanda Hind Film Festivalı keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib. Onun sözlərinə görə, hazırda "Dharmemdra-Məhəbbət elçisi" adlı filmin hind dilinə tərcüməsi üzərində işləyirlər:

"Bəlkə həmin təqdimat Hind Filmləri Festivalının başlanğıcı üçün zəmin yaradacaq. Biz də həmin dövrdə Hindistandan Azərbaycan dilinə subtitrlə verilən filmləri almalıyıq və daha sonra festivalın keçirilməsi nəzərdə tutulur. Məşhur hind aktyorlarının da festivalda iştirakı üçün işlər aparırıq. Kimlərin gələcəyini isə zaman göstərəcək".

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Hindistan  





Xəbər lenti