Bakıda hind aktyoru haqqında filmin təqdimatı olub

Bakıda hind aktyoru haqqında filmin təqdimatı olub
  27 Dekabr 2017    Oxunub:3393
Bu gün telejurnalist Namiq Qurbanın hazırladığı "Dharmendra - Məhəbbət Elçisi" adlı sənədli bioqrafik filmin təqdimat mərasimi keçirilib.
AzVision.az-ın xəbərinə görə, təqdimatda çıxış edən N. Qurban bildirib ki, 47 dəqiqəlik xronometrajlı film dünya və Hindistan kinosunun veteran aktyoru, "He man" ləqəbli, dünyada sülh, məhəbbət və qardaşlıq carçısı kimi tanınan Dharmendra Deolun məhəbbət işığında yaşadığı xoşbəxt ömrü, bərəkətli yaradıcılığına həsr edilib.

Film Azərbaycan dilində hazırlanıb və ingilis, rus dillərinə tərcümə olunub və hazırda filmin hind və ərəb dillərinə tərcüməsi yekunlaşmaq üzrədir. Filmdə məhəbbət ətrafında birləşməyin vacibliyi, dostluq kimi mesajlar mövcuddur.

Təqdimatda çıxış edən Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana isə deyib ki, bu film təkcə Dharmendra haqqında deyil, həm də insanlar arasında sevgini ifadə edir. Səfirin sözlərinə görə, rejissor bu film vasitəsilə iki xalq arasında olan sevgini nümayiş etdirir: "Bakıda hind aktyoru haqda belə tədbirin keçirilməsindən məmnunam. Bu, Azərbaycan və Hindistan arasında birləşdirici körpüdür".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Hindistan  





Xəbər lenti