“Rembo” ləqəbli aprel döyüşçüsü müalicə üçün Türkiyəyə aparılıb - (VİDEO)

  04 Yanvar 2018    Oxunub : 4805
“Rembo” ləqəbli aprel döyüşçüsü müalicə üçün Türkiyəyə aparılıb - (VİDEO)

Apreldə Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə başından ağır qəlpə yarası alan Azərbaycan Ordusunun tankçısı Razi Cavadov ötən gün müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə yola salınıb.

AzVision.az-ın məlumatına görə, “Rembo” ləqəbli tankçımız Gülhanə hospitalına aparılıb.

Xatırladaq ki, aprel döyüşlərində başından ağır yaralanan Razi Cavadov 40 gündən çox koma vəziyyətində olub.







Anar Kəlbiyev
AzVision.az

Teqlər: Aprel-döyüşü