Məşhur futbolçu “Barselona”dan ayrıldı

Məşhur futbolçu “Barselona”dan ayrıldı
  11 Yanvar 2018    Oxunub:1800
İspaniyanın “Barselona” klubunun müdafiəçisi Xavier Maskerano karyerasını Çinin “Hebei China Fortune” klubunda davam etdirəcək.
AzVision.az “Marca”ya istinadən xəbər verir ki, Çin təmsilçisi 33 yaşlı argentinalının keçidi üçün 10 milyon avro ödəyəcək. Transfer haqqında yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyi bildirilir.

Məlumata əsasən, Maskerano 2018-ci il mövsümünü Çində keçirəcək və bundan sonra vətəninə, Argentinaya dönəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Barselona  





Xəbər lenti