Putin Ərdoğana zəng etdi - Gündəm yenə Suriyadır

Putin Ərdoğana zəng etdi - Gündəm yenə Suriyadır
  12 Yanvar 2018    Oxunub:1621
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Prezidentlər iki ölkə arasındakı əlaqələr, o cümlədən Suriyadakı son durumu müzakirə ediblər.

Liderlər Rusiyanın Suriyadakı hərbi bazasına edilən hücumlara dair fikir mübadiləsi aparıblar. Putin hücumun Türkiyə ilə heç bir əlaqəsinin olmadığını, bunun kimlər tərəfindən edildiyini bildiklərini söyləyib.

AzVision.az


Teqlər: Putin   Ərdoğan   Türkiyə   Rusiya   Suriya  





Xəbər lenti