Metroda intihara cəhd edən kişi xəstəxanada öldü - (VİDEO)

Metroda intihara cəhd edən kişi xəstəxanada öldü - (VİDEO)
  12 Yanvar 2018    Oxunub:6772
Bu gün səhər saatlarında metroda intihara cəhd edən kişi xəstəxanada dünyasını dəyişib.
Bu barədə AzVision.az-a 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən şəxsin xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

***
(09:50)

Bakıda metrosunda növbəti intihara cəhd hadisəsi baş verib.

Bu barədə AzVision.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, hadisə saat 09:18-də metronun "Qara Qarayev" stansiyasında baş verib: ""Həzi Aslanov"- "Dərnəgül" xətti üzrə hərəkət eüdən qatar "Qara Qarayev" stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı kişi özünü qatarın altına atmağa cəhd edib. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb. Vəziyyəti ağır idi. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib".



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Metro   İntihar   Qatar  





Xəbər lenti