Rəşad Sadıqovun komandası “Alanyaspor”la qarşılaşacaq

Rəşad Sadıqovun komandası “Alanyaspor”la qarşılaşacaq
  12 Yanvar 2018    Oxunub:1822
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız yanvarın 16-da, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, U-21 millimiz yanvarın 21-i və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

AzVision.az


Teqlər: Milli   U-21  





Xəbər lenti