Millimizin yeni rəqibi məlum oldu

Millimizin yeni rəqibi məlum oldu
  14 Yanvar 2018    Oxunub:3323
Qurban Qurbanovun başçılıq etdiyi futbol üzrə Azərbaycan milli komandası Antalyada Kosovo yığması ilə yoldaşlıq görüşü keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında qeyd olunub.

Bildirilib ki, Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının fevralın 2-də Kosovo yığması ilə yoldaşlıq oyunu keçirməsi barədə AFFA və Kosovo Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.

AzVision.az


Teqlər: Milli   Futbol   AFFA   Kosova  





Xəbər lenti