Şah Abbas Karvansarayı bu il istifadəyə veriləcək
Elə həmin il institutun layihələndirməsi əsasında “İnşaat, təmir-tikinti və istehsal müəssisəsi” MMC tərəfindən abidədə bərpa işlərinə başlanılıb. Ötən müddətdə karvansarayın çatma tağlı, kirəmitli dam örtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb.
Ümumi sahəsinə görə Azərbaycan ərazisində ən böyük ticarət və mehmanxana mərkəzlərindən olan Şah Abbas Karvansarayın istifadəyə verildikdən sonra burada müxtəlif qalereya, muzey və mədəni mərkəzlər fəaliyyət göstərəcək. Binadan, həmçinin turizmin inkişafı məqsədilə istifadə ediləcək.
AzVision.az
Teqlər: Gəncə