Məşhur futbolçu azərbaycanlı rəssamın əsərlərini alıb - VİDEO

Məşhur futbolçu azərbaycanlı rəssamın əsərlərini alıb - VİDEO
  22 Yanvar 2018    Oxunub:3543
Azərbaycanlı rəssam Lalə Əsgərovanın hazırladığı əl işlərinə dünyaca məşhur şəxslər də maraq göstərir. Onun qeyri-adi usulla hazırladığı rəsm əsərləri görən hər kəsin diqqətini çəkir.
Rəssamın sözlərinə görə, hazırda incəsənət gimnaziyasında müəllimə kimi çalışdığından bu işə çox vaxt ayıra bilmir. İndiyə kimi bu üsulla təxminən 50 şəkil hazırldağını, lakin maraq çox olduğu üçün iş bitən kimi əsərlərinin alındığını bildirir.

Bir sıra millət vəkilləri, tanınmış iş adamları və dövlət xadimləri ilə yanaşı dünyaca məşhur ulduzlar da onun əl işlərinə maraq göstərir. Hətta məşhur futbolçu olan Suarez də Lalə xanımın iki əsərini alıb. Əsərlərin qiyməti ölçüsünə görə dəyişir. İndiyə kimi ən bahalısını 600 manata satdığını bildirir.

Lalə Əsgərovanın ən böyük arzusu davamçısının olmasıdır. Bu işin vaxt aparan və səbr tələb edən olduğuna görə heç kimin maraq göstərmədiyini bildirir.(Xəzər TV)



AzVision.az


Teqlər: Rəssam  





Xəbər lenti