"Real"dan 7 qolluq darmadağın - VİDEO

  22 Yanvar 2018    Oxunub : 639
"Real"dan 7 qolluq darmadağın - VİDEO

Yanvarın 21-də İspaniya çempionatının 20-ci turunda növbəti oyunlar keçirilib.

Turun ən böyükhesablı nəticəsi Madriddə qeydə alınıb. Paytaxt təmsilçisi "Real" öz meydanında "Deportivo"nu 7:1 hesabı ilə darmadağın edib.

“Kral klubu”nun heyətində Naço, Beyl və Ronaldo dubl ediblər. Digər qolu isə Modriç vurub.

Hazırda Madridin "Real" klubu 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Zidanın yetirmələri digər komandalardan bir oyun az keçiriblər.



AzVision.az

Teqlər: Madrid   Real